Bank Of Baku

Magistral qaz kəmərində təmir işləri aparılacaq - 2 rayonda fasilə yaranacaq

Magistral qaz kəmərində təmir işləri aparılacaq - 2 rayonda fasilə yaranacaq
# 13 iyun 2023 16:28 (UTC +04:00)

Bu ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində aparılacaq təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan səbəbdən 15-16.06.2023-cü il tarixlərində “Ucar”, “Lək”, “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Qeyd olunur ki,15-16.06.2023-cü il tarixlərində təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR