“Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı 11.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, Masallı rayonunun 13 yaşayış (14000 abonent) məntəqəsinin qaz təchizatında fasilə yaranıb.
“Hal-hazırda təmir-bərpa işləri aparılır”, - məlumatda qeyd olunur.