“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu
# 22 sentyabr 2023 18:17 (UTC +04:00)

Azərbaycanın bölgələrində “Nar”a qoşulmaq istəyən abunəçilər üçün “Yerlim+” tarifinin ilk abunə haqqı indi cəmi 2 AZN oldu!

APA-Economics” xəbər verir ki, bölgələrdə yaşayan abunəçilər “Yerlim+” tarifinə qoşulmaqla bütün ölkə ilə dəqiqəsi cəmi 5 qəpikdən danışa bilər.

“Yerlim+” tarifi çərçivəsində abunəçilərə bonus olaraq 100 dəqiqə ölkədaxili danışıq dəqiqələri, 300 MB internet və ödənişsiz “WhatsApp” yazışması təqdim edilir. Bölgələrdəki abunəçilər yeni “Nar” nömrəsini “Yerlim+” tarifində əldə etdiyi halda ilk ayın abunə haqqına 50% endirim əldə edir.

Xatırladaq ki, tarifin standart abunə haqqı aylıq 4 AZN-dir. Dəqiqələrə görə məbləğin hesablanması isə yalnız tarifin dəqiqə bonusları bitdikdən sonra aparılır. “Yerlim+” tarifi haqqında ətraflı: nar.az/yerlim-plus/

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR