Bank Of Baku

“Nizami” stansiyasının platformasında sağlamlaşdırma tədbirlərinə başlanılıb

“Nizami” stansiyasının platformasında sağlamlaşdırma tədbirlərinə başlanılıb
# 11 avqust 2023 15:04 (UTC +04:00)

Bakı metropoliteninin “Nizami” stansiyasında platformanın tağtavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib.

Qeyd edilib ki, “Nizami” stansiyası ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır. Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub: "Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq. Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR