Bank Of Baku

Pakistanın “9D Technologies” şirkətlər qrupunun heyəti Azərbaycanda səfərdədir

Pakistanın “9D Technologies” şirkətlər qrupunun heyəti Azərbaycanda səfərdədir
# 12 avqust 2023 11:28 (UTC +04:00)

Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov ilə görüşüb.

Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.

Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR