Bank Of Baku

Palata: Ordubad SES-in tikintisində 4 mln. manatdan çox uyğunsuzluq aşkar edilib

Palata: Ordubad SES-in tikintisində 4 mln. manatdan çox uyğunsuzluq aşkar edilib
# 24 iyun 2023 11:47 (UTC +04:00)

“36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyekti üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.

Qeyd edək ki, Ordubad Su Elektrik Stansiyasının tikintisinə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 14.11.2010-cu il tarixində bağlanmış enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumuna əsasən başlanılıb. 09.04.2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı isə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı”na dair Saziş imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR