Prezidentin xüsusi nümayəndəsi: Zəngəzur dəhlizinin açılması Şərqlə Qərb arasındakı məsafəni qısaldacaq

Prezidentin xüsusi nümayəndəsi: Zəngəzur dəhlizinin açılması Şərqlə Qərb arasındakı məsafəni qısaldacaq
# 29 sentyabr 2023 14:40 (UTC +04:00)

İpək yolu üzərində yerləşən Azərbaycan vaxtilə Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi münasibətlərində mühüm rol oynayıb. Bu gün Zəngəzur dəhlizi istiqamətində görülən işlər tam miqyasda gedir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumunda" deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Şərqlə Qərbin arasındakı məsafəni qısaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR