Bank Of Baku

Qazaxıstan və Türkiyə Orta dəhlizdən istifadəni aktivləşdirmək istəyir

Qazaxıstan və Türkiyə Orta dəhlizdən istifadəni aktivləşdirmək istəyir
# 11 sentyabr 2023 14:13 (UTC +04:00)

Qazaxıstan və Türkiyə hökumətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) istifadəni aktivləşdirmək və ondan istifadə etməklə malların tədarükünün həcmini artırmaq niyyətindədirlər.

APA xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Murat Nurtleu türkiyəli həmkarı Hakan Fidanla Astanada apardığı danışıqlardan sonra deyib.

Nazirin sözlərinə görə, tranzit marşrutlarının şaxələndirilməsi tədbirləri çərçivəsində Astana xüsusilə Türkiyəyə Qazaxıstan-Türkmənistan-İran-Türkiyə dəmir yolundan istifadə etmək imkanı verib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək Avropa ölkələrinə qədər uzanır, dəmir yolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR