Bank Of Baku

"Qazprom" türkmən qazının alınmasını bərpa etmək niyyətindədir

"Qazprom" türkmən qazının alınmasını bərpa etmək niyyətindədir
# 28 mart 2019 12:22 (UTC +04:00)

Rusiyanın dövlət şirkəti olan "Qazprom" yaxın gələcəkdə türkmən qazının alınmasını bərpa etmək niyyətindədir. ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, qaz sektorunda "Qazprom"la Türkmənistan arasında əməkdaşlığın genişləndirməsi üçün böyük perspektivlər mövcuddur: "Müqavilə çərçivəsində türkmən qazının yaxın gələcəkdə alınması üçün işlər tam şəkildə davam etdiriləcək".

Qeyd edək ki, A.Miller Aşqabada rəsmi səfəri çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Xatırladaq ki, "Qazprom" 2018-ci ilin sonunadək “müqavilə fasiləsi” götürərək 2016-cı ilin əvvəlindən türkmən qazının alışını dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR