Bank Of Baku

Qeyri-sabit hava şəraiti Qəbələdə yol infrastrukturuna ziyan vurub

Qeyri-sabit hava şəraiti Qəbələdə yol infrastrukturuna ziyan vurub
# 08 sentyabr 2023 12:59 (UTC +04:00)

Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics"ə verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxıb. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib.

Rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-ıç xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Qeyd edək ki, sözügedən ərazilər nəzarətdə saxlanılır və yolların bərpası istiqamətində aparılan işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR