Bank Of Baku

Rəşad Bayramov: Prezidentin sərəncamının icrası milli radio proqramlarının əhatə və keyfiyyətini daha da artıracaq

Rəşad Bayramov: Prezidentin sərəncamının icrası milli radio proqramlarının əhatə və keyfiyyətini daha da artıracaq
# 25 iyul 2023 11:12 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.""

"APA-Economics" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov açıqlamasında bildirib ki, sözügedən Sərəncamın icrası nəticəsində milli radio proqramların əhatə coğrafiyası və keyfiyyəti daha da artırılacaq, yeni radio proqramların yayımı təşkil ediləcək. Bunun üçün müasir tipli infrastruktur həlləri tətbiq ediləcək, yeni yayım avadanlıqları quraşdırılacaq və enerji təchizatının etibarlılığı artırılacaq.

Nəticə etibarilə vətəndaşlarımıza bütün ölkə ərazisində daha çox və keyfiyyətli radio yayımı qəbul etmə imkanı yaradılacaq.
Eyni zamanda milli radiotezlik resurslarından səmərəli istifadə təmin ediləcək.

Qeyd olunan tədbirlər radio kanallarına yeni auditoriya qazandırmaqla yanaşı yayım şirkətlərinin rəqabətliliyini və dayanıqlılığını artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR