Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, görüşdə İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi, eləcə də ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupuna daxildir.