Vaxtın mühüm rol oynadığı sürətlə dəyişən müasir dünyada səfər sifarişi xidmətləri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hava limanına, işə getdiyiniz zaman və ya sadəcə etibarlı nəqliyyat növünə ehtiyac duyduğunuzda, raydheylinq, yəni səfər sifarişi xidmətləri aktual, rahat, sərfəli və təhlükəsizdir.
“APA-Economics” xəbər verir ki, ilk növbədə xidmət göstərən şirkəti düzgün seçmək lazımdır, çünki texnologiyanın inkişafı ilə səfər sifarişi xidmətləri göstərən şirkətlərin sayı da artıb. Seçim etmək artıq problem deyil, çünki məsələn, Bolt 500-dən çox şəhərdə, Avropa, Afrika, Asiya və Latın Amerikasının 45 ölkəsində xidmət göstərir. Məlum olduğu kimi Bolt xidməti uzun müddətdir ki, Azərbaycanın yeddi şəhərində – Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəkidə uğurla fəaliyyət göstərir və ölkənin digər şəhərlərində də xidmət göstərməyi planlaşdırır. Ümumilikdə, şirkətin dünya üzrə 100 milyondan çox müştərisi var.
İndi isə gəlin səfərləri sizin üçün rahat və təhlükəsiz etmək üçün bütün nüansları nəzərdən keçirək.
Sifarişin vaxtı
Vaxta qənaət etmək və əlavə stresdən yayınmaq üçün səfərlərinizi əvvəlcədən planlaşdırmağınız tövsiyə olunur. Avtomobilə ehtiyacınızın olacağını əvvəlcədən bilirsinizsə (məsələn – hava limanına getmək üçün), sifarişi o zaman bir gün əvvəl edin. Bu, son anda yarana biləcək maneələrin qarşısını almağa və sizin üçün əlverişli vaxtda rahat səfər təmin etməyə kömək edəcək. Bolt tətbiqini endirin və sizə 72 saat əvvəldən səfər sifariş verməyə imkan verən “planlaşdırılmış gedişlər” funksiyasından istifadə edin.
Həmçinin sifarişinizi planlaşdırarkən mümkün gecikmələri təxmin etmək üçün pik saatları və yollarda hərəkət sıxlığını nəzərə alın. Bolt tətbiqində siz avtomobilin yönləndiriləcəyi ünvanı, səfərin marşrutunu təyin edə, avtomobil növünü seçə, gediş haqqını qiymətləndirə və sürücünün çatma vaxtını izləyə bilərsiniz. Bolt real vaxt rejimində yeniləmələr edir ki, bu da tələsdiyiniz və ya sürücünü gözlədiyiniz zaman əhəmiyyətlidir.
Səfərin təfərrüatları
Sifariş verərkən avtomobilin sizi qarşılayacağı ünvanı dəqiq təyin etməyiniz çox vacibdir. Əgər sizə tanış olmayan ərazidəsinizsə, sürücünü istiqamətləndirmək üçün oriyentir və ya tanınan yerlərdən (ticarət mərkəzi, ictimai nəqliyyat dayanacağı və ya hətta görkəmli bina) istifadə edin.
Eyni zamanda məsuliyyətli olun və təyin olunmuş vaxtda hazır olmağa çalışın: avtomobil gələnə qədər əşyalarınızı, o cümlədən lazımi sənədləri toplayın. Əlbəttə ki, mobil telefonunuzu unutmayın! Punktuallığınız həm sizi, həm də sürücünü lazımsız gərginlikdən xilas edəcək. Bu, xüsusilə görüşünüz olduğu zaman və ya reysə çatmağınız lazım gəldikdə vacibdir.
Avtomobildə əyləşdiyiniz anda dərhal hərəkət istiqamətinizi və ya digər istəklərinizi dəqiqləşdirin. Əgər siz tanımadığınız bir şəhərdəsinizsə, sürücüdən tövsiyələr istəməkdən və ya yerli tanınmış yerlər haqqında məlumat almaqdan çəkinməyin. Səmimi və hörmətcil söhbət səfərinizi daha xoş edə və hətta yeni kəşflərə səbəb ola bilər!
Təhlükəsizlik
Təlükəsizlik tədbirləri
İstənilən səfər zamanı öz təhlükəsizliyiniz haqqında unutmamalısınız. Avtomobilə əyləşməzdən əvvəl sürücü və avtomobilin tətbiqdə göstərilən məlumatlarla eyni olduğundan əmin olun. Bolt sürücünün şəklinin və adının, avtomobilin markası, modeli və nömrəsinin tətbiqdə qeyd olunan məlumatlarla eyni olub-olmadığını yoxlamağınızı və bu məlumatları yoxlamadan avtomobilə minməməyinizi tövsiyə edir
Sürücünü birbaşa yolda deyil, qeyd olunan ünvanda gözləməlisiniz, belə ki, onun sizi görəcəyindən və avtomobili təhlükəsiz şəkildə saxlaya biləcəyindən əmin olun. Yanınızda uşağınız varsa, avtomobil hərəkətə başlamazdan əvvəl, uşaq kreslosunun uşağınızın ölçüsünə uyğun olduğundan və etibarlı şəkildə bağlandığından əmin olun. Öz təhlükəsizliyinizin qayğısına qalmağınız da vacibdir. Təhlükəsizlik kəmərini taxın və avtomobil təyinat yerində tam dayanana qədər bütün səfər boyu onu açmayın.
Təhlükəsizlik tədbiri olaraq adətən avtomobilin arxa oturacağında oturmaq tövsiyə olunur.
Sərnişinlərin rəyi
Ümumilikdə, xidmətin və xüsusilə də təhlükəsizlik təminatının təkmilləşdirilməsi üçün müştərilərin rəyi vacib rol oynayır. Reytinq sistemi və sürücünün reytinqləri, digər sərnişinlərin rəyi Bolt-un sürücü ilə əməkdaşlığa davam edib-etməyəcəyini müəyyən edir. Məsələn, müəyyən bir sürücünün avtomobili idarəetmə tərzi istifadəçilərin əksəriyyəti tərəfindən bəyənilmirsə və onlar bu xidmətə öz münasibətini aşağı reytinqlə bildirirlərsə, o zaman şirkət belə sürücünün platformaya girişini qadağan edə bilər.
Pulsuz səfər sığortası
Bolt Azərbaycanda sərnişin sığortası təmin edən ilk və yeganə səfər sifarişi xidmətidir. Bolt Paşa Insurance sığorta şirkəti ilə birlikdə ilk dəfə olaraq sərnişinlərin maksimum müdafiəsini təmin edən və yol qəzası zamanı onların tibbi xərclərini qarşılayan proqram hazırlayıb həyata keçirdi. Hər səfər sığortalanır və sərnişin sığorta üçün əlavə pul ödəmir – onun üçün səfərin dəyəri dəyişməz qalır.
Sığorta çox rahat xidmətdir. Bolt xidməti ilə səfər zamanı qəflətən yol nəqliyyat hadisəsi baş verdikdə, sərnişin qəza yerinə patrul polisi və təcili yardım çağırmalı, sığorta hadisəsini təsdiq edən sənədləri tərtib etməlidir. Qəza hadisəsinin baş verməsi faktı *7000 qısa nömrəsinə zəng etməklə və ya https://www.pasha-insurance.az saytındakı dəstək xidmətinə müraciət etməklə sığorta şirkətinə bildirilməlidir. Daha sonra sığorta şirkəti sizdən ona aldığınız xəsarətlər və aparılacaq müalicə ilə bağlı sənədləri təqdim etməyi tələb edəcək – bu sənədlər zərərçəkmişə yardım göstəriləcəyi tibb müəssisəsində verilməlidir.
24 saat fəaliyyət göstərən dəstək xidməti
Bundan əlavə, xidmətdən istifadə zamanı yaranan hər hansı problemlə bağlı müştəri dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz. Menecerlər sorğuları operativ şəkildə cavablandırır, lazımi məlumatları təqdim edir və mübahisələrin həllinə kömək edir, belə ki, Bolt tətbiqi vasitəsilə onlarla 24 saat əlaqə yarada bilərsiniz. Bolt həmişə polislə əməkdaşlıq edir, şirkətdən hər hansı məlumat tələb olunduğu halda, komanda istintaq üçün bütün lazımi məlumatları təqdim edir.
Selfi vasitəsilə sürücünün şəxsiyyətinin təsdiq edilməsi
Bolt sürücülərin başqasının hesabından istifadə etməsini qadağan edir. Sürücülərin yoxlanılması selfi fotosu vasitəsilə sürücünün şəxsiyyətinin təsdiqi funksiyasından istifadə etməklə həyata keçirilir. Tətbiqə daxil olarkən sürücü selfi çəkməlidir. Sistem görüntünü sürücülük vəsiqəsindəki fotoşəkil ilə müqayisə edəcək. Əgər hansısa səbəbdən süni intellekt sürücünün şəxsiyyətini müəyyənləşdirə bilmirsə, o zaman selfi Bolt-un əməkdaşı tərəfindən şəxsən yoxlanılır.
Yeri gəlmişkən, şəxsi avtomobilə sahib olmağınız, səfər sifarişi xidmətlərindən imtina etməyiniz demək deyil. Belə ki, mobil tətbiqin ekranına bir neçə dəfə toxunursunuz və Bolt sürücüsü bir neçə dəqiqə ərzində ünvanınıza gəlir. Bu sizi parkinq yeri axtarmaq zərurətindən, dayanacağa tərəf piyada uzun yol gedib-qayıtmaqdan və ya tanış olmayan ərazidə yolu tapmağa çalışmaq stresindən xilas edir. Bolt ünvandan-ünvana xidməti göstərir, sizi qeyd ütdiyiniz yerdən götürür və dəqiq təyinat yerinə çatdırır, vaxtınıza və gücünüzə qənaət edir. Xidmət 24/7 fəaliyyət göstərir. İstər səhər tezdən, istər axşam, istərsə də bayram günləri – bir sözlə, ehtiyac duyduğunuz hər vaxt Bolt sürücüləri sizin xidmətinizdədir.