Bank Of Baku

Sel Astarada 2 avtomobil körpüsünə ziyan vurub

Sel Astarada 2 avtomobil körpüsünə ziyan vurub
# 18 sentyabr 2023 12:25 (UTC +04:00)

Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economiks” ə verilən məlumata görə, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hal-hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR