Şimal-Cənub Nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsindən 5 ay ərzində 317 min tona yaxın yük daşınıb.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Xaçmaza media-tur çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Sənubər Nəzərova qeyd edib ki, yol təsərrüfatı yeniləndikdən sonra, sürət atdıqdan sonra dəhliz daha çox müştərini cəlb edəcəyik:
"Yenilənən infrastruktur deyəndə, söhbət hazırda təmir bərpa işləri gedən Sumqayıt-Yalama dəmiryol xəttindən gedir. Şimal-Cənub dəhlizi ona görə önəmlidir ki, paralel digər alternativ dəhlizlərdə fərqli olaraq burada yüklər Avropadan-Şimala, Şimaldan-Avropa və Fars körfəzinə əvvəl 6 həftəyə çatırdılar, indi 20-25 günə çatacaq" -, deyə Sənubər Nəzərova əlavə edib.