Bu gün Sumqayıt şəhərinin bir hissəsinə, Yeni Yaşma, H.Z.Tağıyev, Müşviqabad qəsəbələrinə, Abşeron rayonunun kiçik bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilir ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 30 avqust 2023-cü il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə, Yeni Yaşma, H.Z.Tağıyev, Müşviqabad qəsəbələrinə, Abşeron rayonunun kiçik bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.