Bank Of Baku

Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 86% artıb

Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 86% artıb
# 08 sentyabr 2023 10:51 (UTC +04:00)

Bu ilin 7 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhlız) üzrə Qazaxıstan ərazisindən keçən yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artaraq 1,6 mln. ton təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı “Samruk-Kazına” Fonduna istinadən məlumat yayıb.

Məlumata görə, eyni zamanda, Qazaxıstandan ixracın payı 1,2 mln. ton (artım 2,5 dəfə) təşkil edib.

Qeyd olunur ki, hazırkı geosiyasi şəraitdə Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Cənubi Qafqaz ölkələri və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz əsas inkişaf nöqtələrindən birinə çevrilib və digər ölkələrin diqqətini getdikcə daha çox cəlb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR