Bank Of Baku

Nazir Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edəcək

Nazir Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edəcək
# 28 mart 2019 16:55 (UTC +04:00)

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov martın 30-da Lənkəran rayonunda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar,Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək. ONA Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul 6 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küç. 97a) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar 28-29 mart tarixlərində Lənkəran rayonunda 6 saylı Ərazi Vergilər Departamentinə, Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR