Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Avesta” konserni ilə “Kuwait Azeri Establishment” şirkəti arasında memorandum imzalanıb.
“APA-Economics”in məlumatına görə, sənəd Şeyx Nasser əs-Sabahın iştirakı ilə “Kuwait Azeri Establishment” şirkətinin icraçı direktoru və sədri Raid Rayab və “Avesta” konserninin prezidenti İbrahim İbrahimov arasında imzalanıb.
Memorandumla bağlı jurnalistlərə açıqlama verən İ.İbrahimov bunun layihə üçün çox önəmli bir hadisə olduğunu bildirib. “Khazar Islands” layihəsi çərçivəsində mənzil satışının Küveyt kimi ölkədə məhz bu şirkət tərəfindən aparılacağını deyən konsern prezidenti “Kuwait Azeri Establishment” şirkətinin bu layihədə tikinti, investisiya, reklam və marketinq işləri ilə də məşğul olacağını bildirib.