Bank Of Baku

“Azərbaycan Dəmir Yolları”: Muğan-Qarasu mənzilində hərəkət biryollu bərpa edilib

“Azərbaycan Dəmir Yolları”: Muğan-Qarasu mənzilində hərəkət biryollu bərpa edilib
# 30 yanvar 2014 07:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA-Economics. Yanvarın 29-da saat 23:30-da Böyük-Kəsik-Bakı istiqamətində Muğan-Qarasu mənzilində hərəkət biryollu (Böyük-Kəsik-Bakı istiqamətində) bərpa edilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin, “Dəmiryolservis” MMC-nin və “Fövqəladə Hallar Qatarı” MMC-nin canlı qüvvəsinin və  texnikasının gücü ilə həyata keçirilib.

 

Sərnişin və yük qatarlarının  hərəkətində heç bir ləngimə qeydə alınmayıb. İkinci yolun bərpası istiqamətində içlər davam edir.

 

Qeyd edək ki, dünən saat 12:15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb və yükü dağılıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR