Bank Of Baku

“Azəriqaz” Olimpiya stadionunun tikintisi ilə bağlı bəzi qaz kəmərlərinin yerini dəyişdirib

“Azəriqaz” Olimpiya stadionunun tikintisi ilə bağlı bəzi qaz kəmərlərinin yerini dəyişdirib
# 29 aprel 2014 07:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Bakı şəhərində inşa olunan Olimpiya stadionunun tikintisi və Ziya Bünyadov prospektinin genişləndirilməsi ilə əlaqədar genişmiqyaslı işlər həyata keçirir.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, prospektin genişləndirilməsi ilə əlaqədar yolun mühafizə zonasında qalan mövcud qaz kəmərlərinin yeri dəyişdirilib, genişlənən hissənin altında qalmış xətlərinin yerinə 4 110 metr uzunluğunda 315 mm-lik yeni polietilen borular çəkilib.

 

Stadionun tikinti ərazisinə düşən Əzizbəyov Qazpaylayıcı Stansiyasının (QPS) ləğv olunaraq əvəzinə yeni Qazpaylama Məntəqəsinin (QTM) tikintisi məqsədilə 790 metr uzunluğunda 530 mm-lik boru xətləri çəkilib. Həmçinin uzunluğu 138 metr olan 720 mm-lik futlyar qoyulub, 3 ədəd bağlayıcı klapan, 3 ədəd qaztənzimləyici və 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Əzizbəyov QPS-in ləğv olunması və Z.Bünyadov prospektində tunelin tikintisinə mane olan xətlərin yerinin dəyişdirilməsi ilə əlaqədar müvəqqəti olaraq ümumi uzunluğu 836 metr olan müxtəlif diametrli kəmərlər çəkilib. Sabunçu dairəsində yeni yol qovşağının tikintisi ilə əlaqədar olaraq ümumi uzunluğu 395 metr olan müxtəlif diametrli qaz kəmərləri köçürülüb.

 

Bundan başqa, Gön-Dəri zavodunun ərazisindən keçməklə Z.Bünyadov prospekti ilə çəkilmiş 2 ədəd 315 mm-lik polietilen qaz 2 xəttinin Heydər Əliyev prospektinə qədər davam etdirilməsi üçün 1700 metr uzunluğunda qaz xəttinin çəkilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR