Bank Of Baku

“Azərsu” bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azərsu” bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 14 iyun 2018 12:14 (UTC +04:00)

15 iyun - Milli Qurtuluş Günü  və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

“Azərsu”dan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.

 

Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

 

"İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər", - deyə məlumatda vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR