Bank Of Baku

“Latviya Dəmir Yolu”: Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq

“Latviya Dəmir Yolu”: Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq
# 12 iyun 2018 10:15 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də  “Latviya Dəmir Yolu” SC-nin prezidenti, idarə heyətinin sədri Edvins Berzinşin  başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

 

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirəedilib.

 

“Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR