Bank Of Baku

“Nar Mobile” bu ay abunəçilərinə “ASAN imza”nı təqdim edəcək

“Nar Mobile” bu ay abunəçilərinə “ASAN imza”nı təqdim edəcək
# 08 aprel 2014 10:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil operator şirkəti olan “Azerfon” (“Nar Mobile” ticarət nişanı) bu ay ərzində abunəçiləri üçün “Asan imza”nı təqdim edəcək.

 

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Kent Maknili deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq yekunlaşma mərhələsindədir.

 

Qeyd edək ki, mobil elektron imzadan istifadə etmək üçün SİM-kartı yenisi ilə əvəz etmək lazımdır. Əlavənin instalyasiyası və mobil rəqəmsal imzanın aktivləşdirilməsi Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində və “ASAN” xidmət mərkəzlərində həyata keçirilir.

 

Hazırda “ASAN imza”dan "Bakcell" MMC və "Azercell" MMC şəbəkələrində istifadə etmək mümkündür. Operator şəbəkələrində “ASAN imza”dan istifadə üzrə tariflərə gəldikdə, dövlət qulluqçuları üçün 80 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün isə 154 AZN, vətəndaşlar üçün 3 illik istifadə qiyməti 30 AZN təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR