Bank Of Baku

“Türk Hava Yolları”nın yüklənmə səviyyəsi açıqlanıb

“Türk Hava Yolları”nın yüklənmə səviyyəsi açıqlanıb
# 12 iyun 2018 12:27 (UTC +04:00)

“Türk Hava Yolları” (THY) bu ilin ilk beş ayı ərzində yüklənmə səviyyəsi 80,7% təşkil edib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk dörd ayında daşınan sərnişinlər sayının ikirəqəmli artımı may ayında da davam edib. Bu göstərici 4% artaraq 6,1 mln.a çatıb, may ayı üzrə yüklənmə səviyyəsi isə 78,6% təşkil edib.

 

Apreldə reyslərin yüklənmə səviyyəsi 1% bəndi, kreslo-kilometrlərin sayı isə 3,6% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7% bəndi artaraq 78% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 83% təşkil edib.

 

İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə may ayında daşınan yüklərin/poçtun həcmi 22% artıb. Artım əsasən daxili reyslər (35%), Orta Şərq (31%), Şimali Amerika (29%), Avropa (24%) və Afrikanın (22%) hesabına baş verib. Şimali Amerika, Afrika və Uzaq Şərq üzrə göstəricilər müvafiq olaraq 5, 3 və 1% bəndi artıb.

 

Cari ilin yanvar-may dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 17% və 19% artıb. Aviaşirkətin ümumi sərnişin axını 29,3 mln.a çatıb.

 

Yanvar-may aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 5% bəndi artaraq 80,7%-ə çatıb. Bununla belə, aviaşirkətin tarixində ilk beş ay ərzində rekord yüklənmə səviyyəsi nümayiş etdirilib. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 5% bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 2% bəndi artaraq 85%-ə çatıb.

 

May ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində 2018-ci ilin yanvar-may aylarında bu göstərici 30% artaraq 545 min ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR