Bakı. Rəşad Süleymanov – APA. «Azərbaycan Hava Yolları» QSC (AZAL) İstanbulun Atatürk Hava Limanında şirkətə məxsus təyyarənin təkərlərinin yanması barədə məlumatı təkzib edib.
«Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli APA-ya açıqlamasında Türkiyənin Doğan Xəbər Agentliyinin (DHA) yaydığı və Azərbaycanın da İnternet saytlarında yer alan xəbərin doğru olmadığını bildirib: «Bu, yalan məlumatdır. Biz bu məlumatın yayılmasından təəssüf hissi keçiririk».
Qeyd edək ki, DHA-nın yaydığı məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən «Boeing 757-200» tipli sərnişin təyyarəsinin İstanbul hava limanında dayanacaqda sağ arxa eniş təkərləri alışıb. Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib.
«AZAL»: Aviaşirkətə məxsus təyyarənin təkərlərinin yanması barədə məlumat yalandır
25 mart 2014 08:23 (UTC +04:00)
İnfrastruktur
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb
15:26
20 may 2024