Bank Of Baku

® “AzerGold” yeni texnologiyaları nəzərdən keçirir

<font color=red>® </font>  “AzerGold” yeni texnologiyaları nəzərdən keçirir
# 25 iyun 2018 10:32 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri 23 iyunda başa çatıb. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 iyun tarixlərində Şərqi Qazaxıstanda yerləşən mədən və metallurgiya zavodları ilə tanış olub.

 

“Kazzinc” şirkətinin rəhbərliyi ilə Ust-Kameneqorsk şəhərində təşkil olunan görüşdə kadr hazırlığı, layihələrin idarə olunması, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti metallurgiya kompleksi, o cümlədən sink saflaşdırma, qurğuşunəritmə və misəritmə zavodlarının iqtisadi imkanları, istehsalat gücü və logistik fəaliyyəti haqqında ətraflı məlumat əldə edib.

 

Ridder şəhərinə təşkil olunan səfər çərçivəsində QSC-nin nümayəndələri “Kazzinc” şirkətinə məxsus Ridder metallurgiya kompleksində sink konsentratının emalı və qaynayan qatda bişirmə texnologiyası, Ridder Dolinnı mədənində möhkəmləndirmə olmadan mədən çıxarma üsulu, Tişinski və Sokolnıy mədənlərində isə dağ-mədən işlərində relssiz maşından istifadə edilməsi və horizontlar üzrə yeraltı mədən çıxarma üsulu ətrafında geniş fikir mübadiləsi aparıb.

 

Nümayəndə heyətinin məhsuldar səfəri Semey şəhərində davam edib. “AzerGold” QSC-nin təmsilçiləri bu şəhərdə yerləşən, “Nordgold” şirkətinə məxsus dünyanın ən böyük mədənlərindən biri - Suzdalın fəaliyyəti ilə yaxından tanış olub. Mədəndə tətbiq olunan innovativ BIOX texnologiyası “AzerGold” QSC-nin nümayəndə heyətinin diqqətini cəlb edib, onun tətbiqi haqqında ətraflı məlumat əldə edilib.

 

Qeyd edək ki, səfər zamanı “AzerGold” QSC-nin fəaliyyəti, qısa müddət ərzində ixracda əldə etdiyi nailiyyətlər, tətbiq etdiyi texnologiyalar Qazaxıstan şirkətlərinin böyük marağına səbəb olub. Bununla yanaşı, Qazaxıstan şirkətlərinin Azərbaycana səfəri və “AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanış olmaları haqqında ilkin razılıq əldə olunub.

  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR