Bank Of Baku

Muğan-Qarasu dəmir yolunun əsaslı təmirinə başlanılıb - FOTO

 Muğan-Qarasu dəmir yolunun əsaslı təmirinə başlanılıb - <span style="color: red;">FOTO
# 27 mart 2014 06:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri çərçivəsində Muğan-Qarasu mənzilində 3,3 km yolun əsaslı təmirinə başlanılıb. Səhər saatlarında start götürən təmir işləri bir həftə davam edəcək.

 

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, əsaslı təmir işlərini QSC-nin «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

 

«Dəmiryolservis» MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev təmir işləri ilə əlaqədar bildirib ki, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb və 900 metr köhnə yol artıq sökülüb.

 

Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib. Keçən il dekabrın 23-də Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 km-nin 310 km-i artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR