Bank Of Baku

Azərbaycan Dünya Telekommunikasiyasının İnkişafı Konfransında iştirak edəcək

Azərbaycan Dünya Telekommunikasiyasının İnkişafı Konfransında iştirak edəcək
# 28 mart 2014 12:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər.

 

«APA-Economics»in Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 30-dan aprelin 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının VI Dünya Telekommunikasiyasının İnkişafı Konfransı (WTDC) keçiriləcək.

 

Konfransda iştirak etmək məqsədilə DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin rəisi M.Ağagülov Dubaya ezam edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR