Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 923 mln. 015,20 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, məbləğ baxımından 2017-ci ilin 5 ayı ilə müqayisədə 742 mln. 246,60 min manat və ya 5,11 dəfə çoxdur.
Xatırladaq ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 180 mln. 768,60 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 23,94%-ni təşkil edib.