Bakı. Musa Əhmədov – APA-Economics. 2013-cü ilin nəticələrinə əsasən, Azərbaycanda 9 mln. 720,6 min mobil nömrə var.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nömrələrdən 7 mln. 957,8 mini aktiv, 1 mln. 762,6 mini isə passivdir.
Hazırda orta hesabla “Azercell Telekom” şəbəkəsində mobil nömrələrin sayı 4,5 mln. (2,2% artıb), “Bakcell” şəbəkəsində 2,8 mln. (7,1% artıb), “Azerfon” şirkətinin şəbəkəsində isə 2,4 mln. (16% artıb) təşkil edir.
“Azercell Telekom”-un bazar payı 46,3%, “Bakcell”in - 28,8%, “Azerfon”un – 24,7%.