Bank Of Baku

Azərbaycanda standartların elektron bazası yaradılacaq

Azərbaycanda standartların elektron bazası yaradılacaq
# 04 aprel 2014 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə “Standartlaşdırma və sertifikatlaşdırmanın müasir iqtisadiyyatda rolu” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-Economics”in məlumatına görə, dəyirmi masada çıxış edən institutun direktoru Sabiq Abdullayev bildirib ki, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun əsas məqsədi ölkədə yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq və ölkədə istehsal olunan məhsulların xarici bazara çıxarılmasından ibarətdir.

 

Onun sözlərinə görə, bunun üçün Azərbaycanda yeni texniki komitələr yaradılır: “Yaxın gələcəkdə yaradılacaq yeni texniki komitələr maşınqayırma, istehsalat sahələrini əhatə edəcək. Bu gün Azərbaycan enerji səmərəliyinə olduqca böyük önəm verir və bununla bağlı yeni texniki komitənin yaradılması istiqamətində işlər aparılır”.

 

O xatırladıb ki, institut tərəfindən yaradılan sonuncu texniki komitədə Sumqayıt Texnologiya Parkında olub.

 

S.Abdullayev deyib ki, bununla bərabər Azərbaycanda yeni standartların hazırlanması üzərində də işlər davam edir: “Hazırlanacaq yeni standartlar yeyinti istehsalı ilə bağlı olacaq”.

 

O bildirib ki, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu Britaniya Standartlar İnstitutu (BSİ) ilə yaxından əməkdaşlıq edir: “Bu əməkdaşlıq sahəsində Azərbaycanda istehsal olunacaq müxtəlif yeyinti məhsulları Cİ markası alacaq. Bundan sonra ölkədə istehsal olunan yeyinti məhsulları Avropa Birliyinin direktivləri üzrə Azərbaycanda markalana bilər. Məhz bundan sonra Azərbaycan məhsullarının xarici bazara çıxarılmasına daha geniş imkanlar yaranacaq”.

 

Sonda S.Abdullayev qeyd edib ki, rəhbərlik etdiyi institut ölkədə standartların elektron bazasının yaradılması üzrə geniş işlər aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR