Bank Of Baku

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb
# 11 iyun 2018 08:38 (UTC +04:00)

2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlərin statistikası açıqlanıb.

 

APA-Economics”in “İnterfax”a istinadən verdiyi xəbərə görə, “TurStat” agentliyinin məlumatına əsasən hesabat dövrü ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 193 min təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 7% çoxdur. Rusiyaya turist səfərlərinin sayına görə, Azərbaycan 5-ci yerdə qərarlaşıb.

 

Bu il Rusiyaya səfər turizmi Cənub-Şərqi Asiya və Avropa İttifaqına üzv ölkələrdən olan turistlərin sayı hesabına artır. Birinci rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin ümumi sayı 4,3 mln., ötən il ərzində - 24 mln. təşkil edib.

 

Birinci rübün yekunları üzrə Rusiyaya səfər turizmin siyahısında ilk onluqda həmçinin Ukrayna, Qazaxıstan, Çin, Finlandiya, Polşa, Ermənistan, Moldova, Qırğızıstan daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR