Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanlı iş adamları İraqın Nəcəf və Neynəvə əyalətlərindəki yolların bərpası üzrə beynəlxalq tenderdə iştirak üçün dəvət alıblar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, tender İraqın Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən keçirilir.