Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun Muğan-Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanılır

Bakı-Böyük Kəsik dəmir yolunun Muğan-Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanılır
# 26 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri çərçivəsində martın 27-də Muğan-Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanılacaq. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.

 

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

 

“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev təmir işləri ilə əlaqədar bildirib ki, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılacaq və 900 metr köhnə yol artıq söküləcək.

 

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Keçən il dekabrın 23-də Ağstafa - Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometrin 310 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR