Bank Of Baku

Bakı Metropoliteni ümumi dəyəri 309 min manat olan 3 avtobus alır

Bakı Metropoliteni ümumi dəyəri 309 min manat olan 3 avtobus alır
# 19 iyun 2018 17:30 (UTC +04:00)

Bakı Metropoliteni QSC-nin sərnişin avtobuslarının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərinin adı məlum olub.

 

"APA-Economics" İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC tərəfindən mayın 15-də keçirilmiş 2 lot üzrə  “Bakı Metropoliteni” QSC üçün 1 ədəd oturacaqlarının sayı 25-28 olan sərnişin avtobusunun və 2 ədəd oturacaqlarının sayı 18-24 olan avtobusun “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot 1 - 1 ədəd oturacağının sayı 25-28 olan sərnişin avtobusunun alınması üzrə "Hayat Group" MMC və lot 2 - 2 ədəd oturacaqlarının sayı 18-24 olan avtobusun alınması üzrə “Azavtobus” MMC qalib elan olunub.

 

Qalib gəlmiş təşkilatlar ilə lot-1 üzrə iyunun 6-da ƏDV daxil 188 min 210  manat və lot-2 üzrə iyunun 6-da ƏDV daxil 120 min 360  manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR