Bakının 950 məntəqəsində pandusların quraşdırılması işləri başa çatdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
M.Ağayevin sözlərinə görə, daha 100 məntəqənin üzərində işlər davam etməkdədir.
"Yollarda piyadaların təhlükəsizliyini təmin etmək və eyni zamanda piyada keçidlərindən istifadəni stimullaşdırmaq məqsədilə xüsusi dəmir məhəccərlər quraşdırılıb və bu proses davam etdiriləcək,” – deyə M. Ağayev qeyd edib.