Bank Of Baku

Bakıda daha bir avtomobil yolunun təmirinə başlanılıb - FOTO

Bakıda daha bir avtomobil yolunun təmirinə başlanılıb - <span style="color: red;">FOTO
# 31 mart 2014 12:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakı şəhərinin Nəsimi rayonu, Həsən Əliyev küçəsində təmir işlərinə başlanılıb. Uzunluğu 3,4 km təşkil edən yol Koroğlu Rəhimov küçəsinin kəsişməsindən Tbilisi prospektinə qədər məsafəni əhatə edir. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, hazırda köhnə beton bardürlar yeni mərmər bardürlarla əvəz olunur: «Bu iş başa çatdıqdan sonra, köhnə asfalt beton örtüyü qaşınaraq yenisi salınacaq. Bundan başqa, kommunikasiya quyularının dəmir piltələri beton piltələrə dəyişdiriləcək».

 

P.Mürsəliyev əlavə edib ki, yolun bərpa işləri təxminən 5-6 ay çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR