Bakı. Hafiz Heydərov - APA. Bakıda daha bir neçə yol təmir üçün bağlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti bu gün saat 12:00-dan etibarən Süleyman Sani Axundov küçəsində qismən, saat 22:00-dan etibarən Şah İsmayıl Xətai prospektində və Heydər Əliyev prospekti istiqamətində yol ötürücüsündə tam məhdudlaşdırılacaq.