Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.
BNA-dan “APA-Economics”ə verilən xəbərə görə, birinci mərhələdə 10000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır.
Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.
Tikinti-quraşdırma işlərinə iyunun başlanılıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.