Bank Of Baku

Bakıda yeni piyada keçidi tikiləcək

Bakıda yeni piyada keçidi tikiləcək
# 28 mart 2014 08:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Yaxın günlərdə Bakı şəhərinin Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında) yeni piyada keçidinin inşasına başlanacaq. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, ərazi artıq çəpərlənib və yaxın 1-2 gün ərzində qazıntı işlərinə başlanılacaq. Həmçinin, ərazidən kommunikasiya xətləri köçürüləcək.

 

P.Mürsəliyev bildirib ki, piyada keçidinin uzunluğu 120 metr, eni 6 metr, hündürlüyü isə 3 metr olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR