Bank Of Baku

Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 25 iyun 2018 07:33 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospektinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 

Bu məqsədlə nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

 

"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR