Bank Of Baku

Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq
# 13 iyun 2018 09:37 (UTC +04:00)

Bu gün Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bu barədə “APA-Economicsə “Azərsu” ASC-də məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin  şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR