Balakən. Vüqar Heydərov - APA. Balakənin daha bir ucqar kəndində Elektron Avtomat Telefon Stansiyası (EATS) istifadəyə verilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yeni
Tədbirdə çıxış edən İ.Rzayev Balakən rayonunda digər sahələrlə yanaşı İKT sahəsində də inkişafın davam etdiyini və bundan sonra bu sahədə görülən işlərin daha da genişlənəcəyini qeyd edib. Tədbirdə bildirilib ki, Meşəşanbul kəndinin telefonlaşması üçün 200-ə yaxın yeni dirək basdırılıb, 4 km optik xətt çəkilib. Həmçinin, müxtəlif tutumlu TPP kabellərindən istifadə olunmaqla daxili xətt şəbəkəsi quraşdırılıb. Əhalinin internetə olan tələbatını ödəmək üçün EATS-də 48 portlu, genişzolaqlı internet avadanlığı quraşdırılıb. Tədbirin sonunda İ.Rzayev bəzi kənd sakinlərinə telefon aparatları hədiyyə edib.