Bank Of Baku

BTQ dəmir yolunda “Stadler”in müasir sistemi tətbiq olunacaq

BTQ dəmir yolunda “Stadler”in müasir sistemi tətbiq olunacaq
# 07 iyun 2018 16:29 (UTC +04:00)

Gürcüstanın “Marabda-Kartsaxi” dəmir yolu şirkəti və İsveçrənin “Stadler” şirkəti arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üçün avtomalaşdırılmış sistemin alınmasına dair saziş imzalanıb. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu texnologiyadan sərnişin qatarları üçün istifadə olunur. Bu, BTQ dəmir yolunun bütün standartlara cavab verməsi və sərnişinlərə daha rahat xidmət təklif etməsinə imkan verəcək. 
 

Layihə çərçivəsində Axalkalaki beynəlxalq dəmir yolu vağzalında olan P65 standartlı dəmir yolu xətləri  UIC-60 standratlarına uyğun Avropa tipli relslərə birləşdiriləcək və qatar müasir relslərə dayanmadan avtomatik olaraq keçəcək. 


Bu texnologiyanın tətbiqi ilə əlaqədar BTQ ilə sərnişin daşınmasına 2019-cu ildə başlanılması planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR