Bank Of Baku

Dəmir yolunun Xıdırlı-Qaragünə mənzilində 7 km-lik hissə təmir olunur

Dəmir yolunun Xıdırlı-Qaragünə mənzilində 7 km-lik hissə təmir olunur
# 14 iyun 2018 08:50 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Xıdırlı-Qaragünə mənzilində 7 kilometrlik yolun əsaslı təmir işləri icra olunur.

 

Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.

 

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR