Məsələ Nazirlər Kabinetinin MMC-nin yaradılması ilə bağlı qərarında nə varsa, ondan ibarətdir. Həmin qərarda Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb”.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Yaqub Novruzəliyev “BakuBus MMC-nin yaradılması ilə Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azalması barədə məlumatlara münasibət bildirərkən deyib.
O əlavə edib ki, qərardan da göründüyü kimi sərnişin daşıma ilə məşğul olmaq üçün yeni şirkət yaradılıb: “Qərardan da göründüyünü kimi, yeni sərnişin daşıyıcısı yaradılıb. Bu, yeni nəqliyyat müəssisəsidir. Lap yaxşı...”
Xatırladaq ki, ötən gün Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar verib.