Bank Of Baku

FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir

FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir
# 21 iyun 2018 09:31 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişi bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlimlərə cəlb edilib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) “APA-Economics”ə verilən məlumata görə, FAO tərəfindən təşkil etdiyi təlimin məqsədləri beynəlxalq standartlara cavab verən fitosanitar təftiş proseduraları üzrə milli potensialın gücləndirilməsi, Azərbaycanın karantin altında olan zərərverici siyahısı haqqında geniş məlumatların verilməsi və iştirakçılara spesifik zərərvericilərin və xəstəliklərin təsvir etməkdir.

 

Tədbir Ümümdünya Ticarət Təşkilatının Standartlar və Ticarətin İnkişafı Qurumu (“Standards and Trade Development Facility”) tərəfindən maliyyələşdirilən və 2016-cı ilin fevral ayından icra edilən fitosanitar xidmətlərin gücləndirilməsi layihəsinin bir hissəsidir. Layihə üç istiqamətdə - idxal və ixrac edilən bitki və bitkiçiıik mallarının yoxlanılması və təftişi, eləcə də zərərvericilərin laboratoriya şəraitində diaqnostikası həyata keçirilir.

 

Qeyd edək ki, FAO oxşar təlimləri 2016-cı ilin iyun və 2017-ci ilin aprel aylarında da keçirib və DFNX və DGK-nin müfəttişləri onlardan yararlanıb. Bu tədbirlər zərərvericilərin yayılması risklərinin azalmasına, ölkədə bitki sağlamlığının təmin edilməsinə və Azərbaycan bitkilərinin və bitkiçilik məhsullarının başqa ölkələrə daha geniş ixracının dəstəklənməsinə yardım göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR