Bank Of Baku

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsi elan edib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsi elan edib
# 02 aprel 2014 14:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gündən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi I qrant müsabiqəsi üçün layihələrin qəbuluna başlanıb.

 

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər innovativ və tətbiqi elmi-texniki İKT layihələri təqdim edərək iştirak edə bilərlər. Bura mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı aiddir.

 

Qeyd edək ki, qrant müsabiqəsində iştirak etmək üçün Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) “E-Qrant” bölməsindən qeydiyyatdan keçərək layihələri təqdim etmək olar. Həmçinin layihələr kağız və elektron formada təqdim oluna bilər.

 

Layihələrin qəbulu aprelin 2-dən mayın 2-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR