Bank Of Baku

Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib

Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
# 19 iyun 2018 13:17 (UTC +04:00)

Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib.

 

APA-nın London müxbirinin verdiyi xəbərə görə, London Azərbaycan Qadınlar Birliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycana məxsus müxtəlif uşaq və qadın geyim brendləri, əl işləri, ev əşyaları sərgilənib.

 

London Azərbaycan Qadınlar Birliyinin qurucusu Ülviyyə Tağızadə APA-ya açıqlamasında bildirib ki, təşkil olunan bu cür tədbirlər, Azərbaycan mədəniyyətini, ənənələrinin, qədim tarixinin tanıdılmasında mühüm əhəmiyyət kəsb edir.

 

“Bu gün burada həm britaniyalı, həm də beynəlxalq ictimaiyyətdən şəxslər iştirak edir. Mən fəxrlə deyə bilərəm ki, Azərbaycan brendinin tanıdılması üçün əlimizdən gələni edirik”, - deyə Ü.Tağızadə vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR